Advertisement

Ayın görünməyən tərəfindən Yerə ilk dəfə torpaq gətirilib

Bakı. Trend:

İyunun 25-də səhər saatlarında Çinin “Change-6” Ay zondu
planetimizin təbii peykinin görünməyən tərəfindən toplanan torpaq
nümunələrini Yerə çatdırıb.


Trend
xəbər verir ki, zonddan paraşütlə atılan kapsul ÇXR-in
Daxili Monqolustan əyalətində yerə enib. Ayın görünməyən tərəfindən
toplanan torpaq nümunələrinin Yerə çatdırılması tarixdə ilk dəfədir
baş tutur.

Xatırladaq ki, orbital, eniş, uçuş və qayıdış modullarından
ibarət olan “Change-6” missiyası 53 gün davam edib.