Advertisement

Azərbaycanda yumurta bahalaşacaq? – Trend.Az

Bakı. Trend:

Hazırda Azərbaycandan Rusiyaya yumurta ixracı azalıb.

Bunu Trend-ə açıqlamasında “Azərbaycan Quş əti,
Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai
Birliyinin sədri Mürvət Həsənli deyib.

O bildirib ki, ötən aylarda Rusiyaya ixracımız 75 maşın idi.

“Bu ay isə 5-15 maşın arası yumurta ixrac edilir”.

Sədr ölkəmizdə yumurtanın qiymətinin bahalaşacağı ilə bağlı
xəbərlərə də toxunub:

“Yumurta bahalaşmayacaq. Çünki ölkədə istehsal edilən yumurta
tələbatımızdan çoxdur. Bu gün üçün ölkədə yumurtaya olan tələbat
günlük 3 milyon civarındadır. İstehsal isə 4,5 milyona yaxındır. Bu
səbəblərdən də yumurtanın qiymətində bahalaşma olmayacaq. Bazarda
yumurta artıqlığı var. Keçən ilin müvafiq dövrünə nisbətən olan
qiymətdir. Hazırda yumurtanın qiyməti 16-17 qəpikdir”.

M.Həsənli qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə toyuq
fermaları, xüsusən ətlik, süfrə yumurtası və damazlıq yumurta
istehsalı fermaları açmaq olar.

“Bununla bağlı həmin ərazilərdə olduq. Lakin həmin fermalar
sovet dönəmindən qalıb. Sökülüb təzədən tikilməlidir”, – deyə o
qeyd edib.