
Bakı. Trend:
Fransa əvvəl gizli gündəliklə fəaliyyət göstərirdisə, indi aşkar
müstəviyə keçib.
Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Aqşin
Kərimov deyib.
O bildirib ki, Fransa Ermənistan üçün təhlükəsizlik qarantiyası
rolunu öz üzərinə götürməyə çalışır.
“Lakin onlar da bilir ki, Ermənistanı hüdudsuz şəkildə
silahlandıra bilməz. Bunun da müxtəlif səbəbləri var.
Fransanın Ermənistanı silahlandırması strateji sinir nöqtələrinə
toxunma məqsədi daşıyır. Rəsmi Paris düşünür ki, regionda
Ermənistanın məhdud səviyyədə silahlanması Cənubi Qafqazda xaos
məkanı yarada bilər və onu yönləndirə bilər. Lakin bu, indiki
məqamda real deyil. Ona görə ki, Azərbaycanın strateji müttəfiqi
Türkiyə və Qərbdə olan tərəfdaşları ilə müəyyən məlumat
mübadilələri mövcuddur.
Bu mübadilələr kəşfiyyat səhnəsində də özünü göstərir. Belə olan
halda Azərbaycan Ermənistana hər hansı silahın verilməsi fonunda
belə qabaqlayıcı tədbirləri görə biləcəyini nümayiş etdirir”, –
deyə o bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik:





























