Bakı. Trend:
Ermənistan ordusunun “N” saylı hərbi hissəsinin əsgəri ölüb.
Trend xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi
yayıb.
Qeyd olunub ki, Sisyandakı hərbi hissədə həqiqi hərbi xidmət
keçən David Nersesyanın vəziyyəti 9:40-da qəfil pisləşib. Huşunu
itirən əsgəri hospitala aparsalar da, 10:00-da ölüb.
Faktla bağlı cinayət işi açılıb, tibbi-məhkəmə ekspertizası
təyin edilib.





























