Advertisement

Deputatlarımız Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edəcək

Bakı. Trend:

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sevil Mikayılova
və Əminə Ağazadə Qətər Dövlətinin Doha şəhərinə səfər
edəcəklər.

Parlamentdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində
deputatlar “Terrorizmlə mübarizə və zorakı ekstremizmlə bağlı
qanunvericiliyin, siyasət və strategiyaların hazırlanmasında,
həyata keçirilməsində və monitorinqində qadın parlamentarilərin
rolu” mövzusuna həsr olunmuş Qlobal Konfransda iştirak
edəcəklər.

Tədbirdə deputat Əminə Ağazadənin terrorizmlə mübarizə və zorakı
ekstremizmin qarşısının alınmasında parlamentarilərin rolu barədə
müzakirələrdə çıxışı nəzərdə tutulub.

Səfər iyunun 29-da başa çatacaq.