
Şuşa. Trend:
Əminəm ki, Şuşada keçirilən Beynəlxalq Gənclər Forumunun
iştirakçıları bir sıra tövsiyələr hazırlayacaqlar.
Trend-in məlumata görə, bunu İSESCO-nun direktoru Salim Al Malik
Şuşada keçirilən “By Youth For Youth” (Gənclər tərəfindən gənclər
üçün) adlı Beynəlxalq Forum zamanı jurnalistlərə deyib.
“Gənclər sülhün sərmayəçiləridir, onlar bizim gələcəyimizə
dəyişikliklər və təsir etmək iqtidarındadırlar. Buna görə də biz
onları burada görməkdən çox şadıq və əminik ki, bu forum
iştirakçıları üzv ölkələrimiz və beynəlxalq təşkilatlarla
bölüşəcəkləri tövsiyələr hazırlayacaqlar”, – deyə o bildirib.
Qeyd edək ki, Şuşa şəhərində “By Youth For Youth” (Gənclər
tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb.
Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif
ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil
olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.
Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı
inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini
müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin
müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan
yaratmaqdır.
(Tərcümə: Elçin Mehdiyev)





























