Advertisement

ATƏT deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir – Lavrov

Bakı. Trend:

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
deqradasiyaya uğrayıb və Qərbin maraqlarına xidmət edir.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey
Lavrov Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə
görüşündən sonra bildirib.

Onun sözlərinə görə, ATƏT üzvlərinin əksəriyyətinin maraqlarını
qoruyan təşkilat ola bilməyib.

“Biz Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının tamamilə deqradasiyasına və əslində Qərbin
maraqlarına xidmət etməyə başlamasına baxmayaraq, bu təşkilatda
necə əməkdaşlıq etdiyimizi söylədik. Lakin bu, Helsinki Yekun
Aktından sonra ATƏT-in fəaliyyətinin əsasını təşkil edən bütün
prinsipləri yenidən yazmaq və unutmaq cəhdlərinə qarşı daha
effektiv mübarizə tələb edir”, – Lavrov əlavə edib.