Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz
kəmərlərində 14,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə
8,6% azdır.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilin
müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 16,2 mln.
kubmetr təşkil edib.
Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral
qaz kəmərləri ilə 11 133,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki
ilin göstəricisinə nisbətən 1,2% artım müşahidə olunub. Qaz
nəqlinin 50,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri
vasitəsilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 5 582,1
mln. kubmetr qaz ötürülüb (1,28%-lik artım).
Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində
59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur.
2023-cü ildə il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3
mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən
0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsi
Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata
keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln.
kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə
4,8%-lik artım).





























