Bakı. Trend:
Səudiyyə Ərəbistanının Məkkə şəhərində Həcc ziyarətində həlak
olan iranlı zəvvarların sayı 19-a çatıb.
Trend xəbər verir ki, bu
barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, səhhətində problem yaranan zəvvarlardan 24-ü
Səudiyyə Ərəbistanı xəstəxanalarında müalicə olunur, 35-i isə İrana
qaytarılıb.
Qeyd edək ki, Məkkədə gündüz havanın temperaturu demək olar ki,
52 dərəcəyə çatıb.





























