Advertisement

Gözlənilən güclü küləklə bağlı xəbərdarlıq edilib

Bakı. Trend:

İyunun 26-27-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti
ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və
narıncı xəbərdarlıq verilib.

Trend-in xəbərinə görə,
xidmət rəisi Nazim Mahmudov sarı və narıncı xəbərdarlıqla bağlı
əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət
etməyə çağırıb.

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları
və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində
ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar,
nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar,
təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”, – o qeyd edib.