Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ermənistanlı
həmkarı Ararat Mirzoyanla telefonla danışıb.
Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri diplomatik mənbələrə istinadən məlumat
yayıb.
Məlumata görə, danışıq zamanı ikitərəfli və regional məsələlər
müzakirə olunub.





























