Advertisement

Azad olunmuş ərazilərə iyul ayı üçün avtobus biletləri satışa çıxarılır

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan
azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə
iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa
çıxarılacaq.

Trend xəbər verir ki,
sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə
onlayn qaydada ala bilərlər.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki
məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız
şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə
oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus
marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu
günədək ümumilikdə 753 reys həyata keçirilib, 30 624 sərnişin
işğaldan azad olunmuş əraziləri ziyarət edib.