Bakı. Trend:
“Turan Tovuz” növbəti transferini reallaşdırıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, əyalət təmsilçisi İvan Konovalovu rənglərinə
bağlayıb.
Rusiyanın 21 yaşlılardan ibarət millisinin sabiq qapıçısı ilə
1+1 illik müqavilə bağlanılıb.
Moskva “Spartak”ının yetirməsi olan futbolçu Rusiyada “Amkar”,
“Rubin”, “Ural”, “Baltika” klubları ilə yanaşı, Serbiyada
“Radniçki”, “Baçka”, Belarusda “Torpedo”, Qazaxıstanda “Tobol”,
Şotlandiyada isə “Livinqston” klublarının formasını geyinib.





























