Advertisement

Kəmaləddin Heydərovun Xaçmazda vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 28 iyun 2024-cü il tarixində Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.