Advertisement

Bakıda gənc oğlan küçədə güllələnib

Bakıda güllələnmə hadisəsi baş verib.

APA Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda, “Metro Park” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Gənc oğlan küçənin ortasında güllələnərək öldürülüb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.