Cənub bölgəsində qeyri – sabit hava şəraiti ilə bağlı iki rayonun iki kəndində təxliyyə işləri görülür.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, axşam saatlarından başlayaraq cənub bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin xilasetmə qüvvələri Lənkəran rayonunun Narbağı və Astara rayonunun Maşxan kəndində təxliyyə işləri aparırlar.
Bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Elektrik enerjisinin verilişi dayanıb.
Küləklə müşahidə olunan yağış yağır.























