Advertisement

BMT TŞ ABŞ-ın Qəzza ilə bağlı qətnamə layihəsinə həftənin sonuna kimi səsə verə vilər

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası (TŞ) bu həftənin sonuna qədər Qəzza
zolağında dərhal atəşkəsə çağırış edən Amerikanın Yaxın Şərq
qətnamə layihəsinə səs verə bilər.

Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın dünya təşkilatındakı daimi
nümayəndəsinin müavini Robert Vud bildirib.

“Hələ dəqiq vaxt çərçivəsi haqqında danışmaq istəmirəm, lakin
biz [səsvermənin] mümkün qədər tez baş tutmasını istərdik. Ola
bilsin ki, bu həftənin sonuna qədər baş verəcək”, – deyə o qeyd
edib.

R.Vud Amerika sənədi ilə bağlı təfərrüatları barədə
danışmasından imtina edərək, Vaşinqtonun hələ də Təhlükəsizlik
Şurasının üzvləri ilə mətni müzakirə etdiyini qeyd edib.