Advertisement

Ödəniş etmədən parklanma yerini tərk edənlər inzibati məsuliyyətə cəlb olunacaq

Ödəniş etmədən parklanma yerini tərk edənlər inzibati məsuliyyətə cəlb olunacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.