
Bakı. Trend:
Tunis sahillərində son 20 gündə ən azı 58 qeyri-qanuni miqrant
Aralıq dənizini keçərək İtaliyaya keçmək istəyən zaman itkin
düşüb.
Trend-in
məlumatına görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Tunis İqtisadi və Sosial Hüquqlar Forumunun üzvü İslam Gharbi
bildirib ki, bu dövrdə Tunis sahilləri vasitəsilə İtaliyaya gələn
qeyri-qanuni miqrantların sayı 447-yə çatıb.
Onun sözlərinə görə, bu müddət ərzində Tunis hakimiyyəti
tərəfindən 1285 qeyri-qanuni mühacir həbs edilib ki, onların da
əksəriyyəti Saharadan cənubda yerləşən Afrika ölkələrindən
olub.

























