
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskva şəhərindəki
“Krokus Siti holl” kompleksində baş verən atışmada 40 nəfər ölüb,
100-dən çox insan yaralanıb.
Trend xəbər verir ki, kompleksin sahibi, Azərbaycanın xalq
artisti Emin Ağalarovun hadisə yerində olduğunu əks etdirən görüntü
yayılıb.
Qeyd edək ki, naməlum şəxslər tərəfindən törədilən dəhşətli
hücumu Rusiya hökuməti terakt adlandırıb.

























