Advertisement

“Nar” şirkətinə yeni departament direktoru təyin edilib

Azərbaycanın mobil rabitə operatoru olan “Nar” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru vəzifəsinə yeni təyinat olub.

APA-Economics” xəbər verir ki, bu vəzifə Hökümə Kərimovaya həvalə edilib.

Qeyd edək ki, daha öncə bu vəzifəni Əziz Axundov icra edib. O, cari ilin may ayından şirkətdən ayrılıb.