Advertisement

Ramazanın 13-cü gününün duası – İmsak və iftar vaxtı

Bakı. Trend:

Bu gün Ramazan ayının 13-cü günüdür.

Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı
Ramazan təqviminə əsasən, martın 23-ü imsak saat 05:13, iftar isə
saat 19:10-dadır.

İmsak duası:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni
fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və
suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”.

Tərcüməsi:

“İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən
təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni
səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə
müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün
işığı!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə
təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti
iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar
açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı
ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.

Allah orucunuzu qəbul etsin!