Advertisement

“Neftçi” “Spartak”la üz-üzə – Trend.Az

Bakı. Trend:

“Neftçi” beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, Bakı klubu milli komandaların oyunları
ilə əlaqədar yaranan fasilədə Rusiya “Spartak”ı ilə
qarşılaşacaq.

Matç Bakıdakı “Neftçi Arena”da təşkil olunacaq. Hər iki komanda
meydana yığma üzvləri olmadan çıxacaq. Qarşılaşma saat 18:00-da
başlayacaq.

Qeyd edək ki, komandalar ötən ilin yayında Moskvada da yoldaşlıq
oyunu keçiriblər. Həmin matçda “Spartak” 2:0 hesabı ilə qalib
gəlib.

Beynəlxalq yoldaşlıq oyunu
23 mart
18:00. “Neftçi” (Azərbaycan) – “Spartak” (Rusiya)

“Neftçi Arena”