Advertisement

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bakı. Trend:

Bərdədə piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Trend-in yerli
müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi
köçkün şəhərciyində qeydə alınıb.

1955-ci il təvəllüdlü Vahid Məmmədov yolu keçmək istəyərkən
2000-ci il təvəllüdlü Məmmədov Faiq Daşqın oğlu idarə etdiyi
VAZ-2105 markalı minik avtomobili ilə onu vurub. Xəsarət alan şəxs
xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Qeyd
edək ki, qəzanı törədən şəxsin sürücülük hüququ olmayıb. Sürücü
polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional
qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı
təsdiqləyib. Bildirib ki, faktla bağlı cinayət işi başlanılıb,
istintaq aparılır.