Advertisement

Ondan çox ukraynalı F-16-nı idarə etmək üçün təlimlər keçir

Ondan çox ukraynalı F-16 qırıcılarını idarə etmək üçün müxtəlif təlimlər keçir.

APA xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder məlumat yayıb.

“Ondan çox pilot hazırda F-16 döyüş təyyarələrini idarə etmək üçün ABŞ və Danimarkada təlimlər keçir”, – Rayder vurğulayıb.

Pentaqon rəsmisi qeyd edib ki, bəzi ukraynalı pilotlar ABŞ-də kursu başa vuraraq təlimlərini davam etdirmək üçün Avropaya gediblər.