
Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In Moskva yaxınlığındakı “Crocus
City Hall”da baş verən terror aktı ilə əlaqədar Rusiya prezidenti
Vladimir Putinə başsağlığı teleqramı göndərib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.
“Yoldaş Kim Çen In teleqramında KXDR hökuməti və xalqı adından,
şəxsən öz adından Rusiya Federasiyasının Prezidentinə və onun
şəxsində Rusiya Federasiyasının hökumətinə və xalqına, həlak
olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı və
rəğbətini bildirib”, – deyə qeyd olunub.
Teleqramda xüsusilə vurğulanıb ki, KXDR xalqı “ictimai-siyasi
birliyin və sabitliyin möhkəmləndirilməsi məsələlərində Rusiya
xalqının ədalətli işinə güclü dəstək və həmrəylik ifadə edir”.





























