
Bakı. Trend:
Moskva vilayətinin “Crocus City Hall” konsert kompleksində baş
verən terror aktında xəsarət alanların sayı artıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar
Nazirliyi məlumat yayıb.
Operativ qərargahın yenilənmiş məlumatlarına əsasən xəsarət
alanların sayı 152-yə çatıb.
xxx
21:09
“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların
sayı 147 nəfərə çatıb.
Trend xəbər verir
ki, bu barədə Rusiya Federasiyası Moskva vilayətinin Səhiyyə
Nazirliyi bildirib.
xxx
17:36
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 133
nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat
yayıb.
xxx
14:00
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 115
nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat
yayıb.
xxx
12:40
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 93
nəfərə çatıb.
Trend bu
barədə Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, terror aktı nəticəsində 100 nəfər yaralanıb.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində
yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara
atəş açıblar. Hadisə “Piknik” qrupunun konsertindən öncə baş
verib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.





























