Advertisement

Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi xəbərləri yalandır – RƏSMİ

Bakı. Trend:

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən
Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair
məlumatların yayılmasına cəhdlər olunur.

Müdafiə Sənayəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu
kimi məlumatlar təmamilə fake və dezinformasiya xarakteri
daşıyır.

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və
həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu
məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir
daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə
hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – deyə
nazirlik bildirib.