Advertisement

“Crocus City Hall”dakı terror aktı ilə bağlı ilk təqsindirilən şəxslər həbs edilib (VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Rusiyada “Crocus City Hall” konsert zalında törədilən terror
aktı üzrə təqsirləndirilən şəxslər barəsində qəbs qətimkan tədbiri
seçilib.

Trend-in
məlumatına görə, bununla bağlı qərar Moskvanın Basmannı məhkəməsi
tərəfindən verilib.

Məlumata əsasən, onlar barəsində 1 ay 28 gün müddətinə, yəni 22
may 2024-cü il tarixinədək həbs qətimkan tədbiri seçilib.

Belə ki, məhkəmənin qərarı ilə terror aktı törətməkdə
təqsirləndirilən şəxslər: Dalerjon Mirzoev, Səidəkrəmi
Raçabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov istintaq
təcridxanasına yerləşdirilib.

xxx

01:03

Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında
törədilən terror aktı üzrə təqsirləndirilən şəxs Dalerjon Mirzoyev
təqsirli olduğunu tam etiraf edib.

Trend-in
məlumatına görə, bu barədə Moskvanın Basmannı məhkəməsinin mətbuat
xidməti bildirib.

Bazar günü səhər saatlarında Basmannı məhkəməsi istintaqın
tələbi ilə D.Mirzoyevin həbs müddətini mayın 22-dək uzadıb.

D.Mirzoyev mütəşəkkil dəstənin tərkibində insan ölümü ilə
nəticələnən terror aktı törətməkdə ittiham olunub.

Bildirilib ki, ittiham sənədinə əsasən, D.Mirzoyev silahlı
mütəşəkkil dəstənin tərkibində fəaliyyət göstərərək “Crocus City
Hall” binalarında olan Rusiya Federasiyası vətəndaşlarına atəş
açmaqda iştirak edib, bundan sonra təqsirləndirilən şəxslər binanı
yandırıblar.