Advertisement

Türkiyədə İŞİD-ə qarşı əməliyyat – 147 nəfər saxlanıldı

Bakı. Trend:

Türkiyənin 30 vilayətində İŞİD terror təşkilatına qarşı eyni
zamanda genişmiqyaslı əməliyyat keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri
Ali Yerlikaya bildirib.

Məlumata əsasən, “BOZDOĞAN-17” kod adı altında keçirilən
əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 147 nəfər
saxlanılıb.

Nazir deyib ki, ötən il iyunun 1-dən indiyədək Türkiyədə İŞİD
terror təşkilatına qarşı 1 329 əməliyyat keçirilib. Bu
əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən
2 919 nəfər saxlanılıb. Bu şəxslərdən 692-i həbs edilib, 531 nəfər
məhkəmə nəzarətinə alınıb. Onlardan 187-i barəsində məhkəmə prosesi
davam edir.