Advertisement

Qərbi Balkan ölkələri tezliklə Aİ-yə üzv qəbul edilməlidir – Almaniya Kansleri

Bakı. Trend:

Qərbi Balkan ölkələri lazımi kriteriyalara cavab vermək şərti
ilə tezliklə Avropa İttifaqına (Aİ) üzv qəbul edilməlidir.

Trend-in
məlumatına görə, bu fikri Almaniya Kansleri Olaf Şolts Sloveniyada
bu ölkənin Baş naziri Robert Qolob ilə danışıqlardan sonra
deyib.

Şolts qeyd edib ki, üzvlük yalnız bütün meyarların yerinə
yetirilməsindən asılıdır.

Almaniya hökumətinin başçısı təsdiqləyib ki, Aİ islahatlar yolu
ilə genişlənməyə hazırlaşmalıdır. Xüsusilə, o, hazırda üzv
dövlətlər arasında yekdilliyin tələb olunduğu maliyyə və xarici
siyasətdə daha səmərəli qərarların qəbulu proseslərinə toxunub.