Advertisement

Prokurorluq Masallıda kişinin dirəkdən yıxılıb ölməsi ilə bağlı araşdırma aparır

İyulun 4-də 1962-ci il təvəllüdlü İsbəndiyar İsmayılovun Masallı rayonunun Qızılağac kəndi ərazisində elektrik dirəyində təmir işləri aparan zaman dirəyin qırılması nəticəsində hündürlükdən yerə yıxılıb.

Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.

Bildirilib ki, kişinin almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.