Advertisement

“Hizbullah” və HAMAS Qəzzada atəşkəs danışıqlarını müzakirə edib

“Hizbullah” lideri Seyid Həsən Nəsrullah HAMAS-ın yüksək səviyyəli rəsmisi Xəlil əl-Həyyanı qəbul edib.

APA xəbər verir ki, bu barədə “Hizbullah” bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, görüş zamanı Qəzza zolağındakı son hadisələr və atəşkəsə nail olmaq üçün danışıqlar müzakirə edilib.