Advertisement

ABŞ Pakistanı sanksiyalarla hədələyib – KİV

Bakı. Trend:

ABŞ Pakistan-İran qaz kəməri layihəsinin icrasını dəstəkləmir və
İranla biznes aparacağı təqdirdə Pakistana qarşı sanksiyalar tətbiq
edəcəyini bildirib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət
Departamentinin nümayəndəsi jurnalistlərə deyib.

“Biz daima hamıya bildiririk ki, İranla biznes aparmaq bizim
sanksiyalarımıza səbəb ola bilər və buna çox diqqətlə yanaşılmasını
məsləhət görürük. Biz bu qaz kəmərinin tikintisini dəstəkləmirik”,
– “Dawn” nəşri adı açıqlanmayan Ağ Evin rəsmisindən sitat
gətirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun