Advertisement

“Alyans” Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin saytı təqdim edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Bu gün “Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanları
Veteranlarının İctimai Birliyinin təsis etdiyi “alyans.org.az
saytının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimində Alyans Xüsusi
Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədi Fəxri Abbasov
bildirib ki, Xüsusi Xidmət Orqanları əməkdaşlarının peşə bayramı
ərəfəsində belə bir informasiya resursunun fəaliyyətə başlaması
böyük əhəmiyyət daşıyır.

Alyans.org.az” saytınının əsas məramı və məqsədi
Birliyin fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının
tarixini və dövlətin təhlükəsizliyinin təmin olunmasında xidmətin
rolunu ictimailəşdirmək və təbliğ etməkdir.

Alyans öz fəaliyyətinə 2002-ci ildən başlayıb və 2004-cü ilin
may ayında isə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. Bu il
bizim 20 illik yubleyimizdir. Alyansın bu cür aktiv fəaliyyətinə
Dövlət Təhlükəsizlik Xidmətinin dəstəyi çox vacibdir və inanıram
ki, biz fəaliyyətimizə bu cür davam edəcəyik Ölkəmizdə
təhlükəsizlik oraqnlarının veteran işçilərinə böyük diqqət
göstərilir. Sabah bizim peşə bayramımızdır, 105 illik
yubleyimizdir. Hər birinizi, Dövlət Təhlükəsizlik Xidmətinin
rəhbərliyini, şəxsən Əli müəllimi və kollektivini peşə bayramı
münasibətilə ürəkdən təbrik edirəm”, – deyə o qeyd edib.

Alyansın fəxri sədri Şamil Süleymanov isə çıxışında bildirib ki,
Alyansın yaradılmasında məqsəd veteranlara diqqət göstərməkdir.
“Hazırda birliyin üzvlərinin sayı təqribən 700 nəfərdir. Biz
veteranlar üçün böyük işlə görürük, veteranların yubleyərini qeyd
edirik və ona görə veteranlar bizim fəaliyyətimizdən çox
razıdırlar. Dövlət Təhlükəsizlik Xidməti də bizin fəaliyyətimizdən
çox razıdırlar”, – deyə o qeyd edib.

Alyansın sədr müavini Əli Orucov da da çıxışında Alyansın
faəliyyəti haqqında danışıb. O bildirib ki, Ümummilli lider Heydər
Əliyev yeganə azərbaycanlı idi ki, 1967-ci ildə Dövlət
Təhlükəsizlik Komitəsinin sədri təyin edildi. Bundan sonra vəziyyət
tamamilə dəyişdi. Çünki Dövlət Təhlükəsizlik Komitəsinin əvvəlki
rəhbərləri başqa millətlərin nümayəndələri olub. “Azərbaycan
vətəndaşlarına ögey münasibət var idi, vəzifəyə təyin etmirdilər.
Ancaq Heydər Əliyev vəziyyəti dəyişərək təhlükəsizlik xidməti
orqanlarının inkişafında yeni mərhələ başlatdı, milli kadrlar irəli
çəkildi”, – deyə o əlavə edib.

Alyansın üzvü Elşad Həsənov çıxış edərək bildirib ki,
təhlükəsizlik xidməti orqanlarının veteranlarına böyük diqqət
göstərilir. “Biz bundan sonra da xalqımızın, dövlətimizin yanında
olacağıq. Biz alyans olaraq dövlətimizin apardığı siyasəti təbliğ
edirik. Birliyin fəaliyyəti bundan sonra alyans.org.az saytında öz
əksini tapacaq”, – deyə E.Həsənov əlavə edib.

Daha sonra çıxış edən Alyansın üzvü Hamlet İsmayılov
təhlükəsizlik orqanlarının fəaliyyəti haqında söz açıb. O qeyd edib
ki, təhlükəsizlik orqanları daim ayıq-sayıq çalışaraq dövlətimizin
təhlükəsizliyini təmin edib və bundan sonra da edəcək.

Qeyd edək ki, “alyans.org.az” saytının haqqımızda bölümündə Alyans
Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədrləri
barədə ayrıca məlumat yer alır.

Milli Qəhrəmanlarımız bölümündə isə xüsusi xidmət orqanlarında
çalışmış Milli Qəhrəmanlar haqqında məlumat əksini tapır.

Daha sonra isə Fəaliyyətimiz bölümündə İctimai Birliyin
təşkilatçılığı ilə həyata keçirilən tədbirlər barədə məlumatlar
yerləşdirilib.

Oxucuların böyük marağına səbəb olacaq digər bir bölüm isə
Birliyin redaksiya heyəti tərəfindən nəşr olunan “Antiterror və
Təhlükəsizlik Problemləri” elmi-informasiya bülleteninin elektron
dərcidir.

Qanunvericilik bölümündə Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının qanunu
əksini tapır.

Xəbərlər bölümündə isə ölkənin ictimai-siyasi həyatında baş
verən mühüm hadisələr haqda Trend İnformasiya Agentliyinə əsaslanan
xəbər postları, həmçinin Dövlət Təhlükəsizliyi Xdimətinin rəsmi
press-relizləri yerləşdirlib.