Advertisement

İngiltərə İsveçrəni məğlub edərək ½ final mərhələsinə yüksəlib

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.

APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb.

Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, matçı 80-ci dəqiqəsinə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.

Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.