
Bakı. Trend:
Ermənistan və Azərbaycan arasında sülh sazişinin prinsipləri
2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş
çərçivəsində qəbul edilən bəyanatda razılaşdırılıb.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri
Nikol Paşinyan bu gün Fransa Milli Assambleyasının
Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Görüşdə Fransa-Ermənistan əlaqələri ilə yanaşı, regional
infrastrukturun açılması imkanları da müzakirə olunub.
Xəbər yenilənəcək





























