Advertisement

“Crocus City Hall”a dəymiş zərər 107 milyon dolları ötə bilər – KİV

Bakı. Trend:

“Crocus City Hall”dakı terror aktından sonra dəymiş real zərər
10 milyard rublu (107 milyon dollardan çox) ötə bilər.

Trend xəbər
verir ki, bu barədə sığorta bazarındakı mənbələrdən “TASS”
agentliyinə məlumat verilib.

“Real zərərin 10 milyard rubldan çox olduğu qiymətləndirilir,
lakin sığortalanmış zərərin məbləği hələlik məlum deyil, o
əhəmiyyətli dərəcədə az ola bilər. Araşdırma və zərərin sonradan
ödənilməsi iki ilə qədər çəkə bilər”, – müsahiblərdən biri
agentliyə deyib.

Onun sözlərinə görə, bu cür zərərin qiymətləndirilməsi uzun
müddət çəkir, bu, zərərin böyüklüyü və konstruksiya
xüsusiyyətlərinin müfəssəl qiymətləndirilməsi ilə bağlıdır. Belə
ki, binanın digər hissələri də yanan maddələrlə zədələnib, yüksək
temperatur isə qonşu binalarda da metal konstruksiyalarının
möhkəmliyini poza bilər.

Qeyd edək ki, “Crocus City Hall”da törədilən terror aktında
ölənlərin sayı 140 nəfərə çatıb.

Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr
Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada “Crocus City
Hall”da törədilən terror aktında iştirak edən 11 nəfərin, o
cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün
tədbirlər yekunlaşıb.

“Crocus City Hall” konsert zalında terror aktı törətməkdə
ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham
olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin
Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına
yerləşdirilib.