Advertisement

Çin və Azərbaycan arasında ticarət olduqca parlaq gələcək vəd edir – ŞƏRH

Bakı. Trend:

Hazırda ölkəmizlə Çin arasında iqtisadi-siyasi əlaqələr yüksək
səviyyədədir.

Bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli
deyib.

O bildirib ki, 2023-cü ildə Azərbaycanla Çin arasında ticarət
əlaqəsinin həcmi digər illərlə müqayisədə 21% artaraq, 2 milyard
200 milyon dollara yaxınlaşıb.

“Bu tendensiya davam edir. Belə ki, bu ilin göstəricilərinə
əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə Çinlə ölkəmiz
arasında ticarət dövriyyəsinin həcmi 50%-ə yaxın artıb. Ölkəmiz
Çinlə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Çinin Beynəlxalq Dəniz
Ticarət Limanından və Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə
həmçinin, Çindən Avropaya və geri yüklərin daşınması üçün böyük
əməkdaşlıq var”, – o deyib.

Ekspert bildirib ki, loqistika və tranzit fəaliyyətində birgə
əməkdaşlıq edilir.

“Çin ölkəmizin nəqliyyat infrastrukturunun inkişafında
maraqlıdır, eyni zamanda Zəngəzur dəhlizinin açılmasında böyük
marağı var. Belə ki, Şərq, Qərb istiqaməti üzrə Çin ticarət
dövriyyəsini, yüklərin daşınmasında sürət və keyfiyyət həcmlərinin
artmasında maraqlıdır. Bu baxımdan Azərbaycan Çin üçün çox önəmli
tərəfdaşdır. Nəzərə alsaq ki, Çin ölkəmizin ticarət partnyoru
olaraq dördüncü yerdədir. Bu iki ölkə arasında iqtisadi əlaqələrin
hansı səviyyədə olduğunu və gələcəkdə böyük perspektiv vəd etdiyini
göstərir. Şərq-Qərb dəhlizi nəqliyyatla tam formalaşandan sonra
ölkələrimiz arasında iqtisadi-ticari dövriyyə böyüyəcək. Çin və
Azərbaycan arasında ticarət olduqca parlaq gələcək vəd edir.”, –
deyə o qeyd edib.