Advertisement

Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır olduğuna inanmaq sadəlövhlükdür – Zaxarova

Bakı. Trend:

Fransanın Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə hazır
olduğuna inanmaq sadəlövhlükdür.

Trend xəbər verir ki, bunu
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
bu gün keçirdiyi brifinqdə bildirib.

“Əgər Fransanın belə imkanları olsaydı, bu dövlət Parisin
müqavilə öhdəliklərinin olduğu ölkələrdə onlardan istifadə edərdi.
Biz bu haqda bir neçə dəfə danışmışıq. Üstəlik, onilliklər boyu
orada olduqlarını, onları öz müstəmləkələri hesab etdiklərini,
hətta post-müstəmləkəçilik dövründə də orada öz maraqlarını hələ də
neokolonializm səviyyəsində saxladıqlarını nəzərə alsaq, orada bunu
etmək onlar üçün əlverişli olardı. Orada dil daha tanışdır və
əlaqələr var. Nəsə alınmadı”, – o deyib.

Onun sözlərinə görə, Fransa pul aldığı üçün Afrika qitəsində
bunu etməyə borclu idi.

“Onun işi, orada olması üçün yaxşı ödənilirdi. Fransanın bu
ölkələrdəki missiyaları uğursuzluqla nəticələndi”, – o deyib.

O qeyd edib ki, bütün Cənubi Qafqazın gələcəyi yalnız Paris üçün
bir vasitədir.

“Bu, Rusiya ilə hibrid müharibə və Afrika qitəsindəki
uğursuzluqlar fonunda da daxil olmaqla, öz rifahını qorumaq və
nüfuzunu qorumaq yollarından biri olan sövdələşmədir. Fransanın
Cənubi Qafqaz regionunda olması kəşfiyyat məlumatları toplamaq,
region dövlətlərini izləmək, ölkələrimiz arasında əldə edilmiş, o
cümlədən iqtisadi xarakterli sülh sazişlərinin həyata keçirilməsinə
mane olmaq cəhdidir”, – Zaxarova vurğulayıb.

(Tərcümə: Gülnarə Kərimova)