Advertisement

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik
naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım
edib.

Trend xəbər verir ki, xarici siyasət idarəsinin paylaşımında
qeyd olunub:

“Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş
fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə
əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət
eləsin!”.