
Bakı. Trend:
Kamçatkada 5,6 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, zəlzələ
Ust-Kamçatskın şərqində, Kamçatka diyarında Berinq dənizinin
sahilində qeydə alınıb.
Məlumatlara görə, zəlzələnin episentri Ust-Kamçatsk kəndindən 40
km aralıda, 5 km dərinlikdə yerləşib.





























