
Bakı. Trend:
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən
məlumat verilib.
Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd
“F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.
Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən
götürülüb.

























