Advertisement

Energetika Nazirliyində kollegiya iclası keçirilib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovun sədrliyi, kollegiya
üzvlərinin, nazirliyin struktur bölmələri və tabeli qurumların
nümayəndələrinin iştirakı ilə hibrit formatda kollegiya iclası
keçirilib.

Trend xəbər verir ki, kollegiya sədri iclası giriş sözü ilə
açaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş
siyasətə uyğun olaraq energetika sahəsində həyata keçirilən
tədbirlər, icra olunan layihələr və qarşıda duran vəzifələrdən
danışıb.

Nazir iclasın gündəliyini elan edib və sözü məruzəçilərə
verib.

Gündəliyə uyğun olaraq enerji balansının tərtib edilməsi üçün
energetika subyektlərindən alınan məlumatlara dair hesabat
formaları və enerji balansının hazırlanması metodologiyası üzrə
ilkin layihələrə dair məruzə dinlənilib, layihənin
təkmilləşdirilməsi məqsədilə rəy və təkliflər təqdim edilib.

Həmçinin, Energetika Nazirliyində 2023-cü il üzrə icra
intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair
hesabat dinlənilib. Dövlət proqramları, Azərbaycan Respublikası
Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn
tapşırıqların icrası, yerinə yetirilmiş tədbirlər, nazirliyin iş
planının və Dövlət Nəzarəti İnformasiya Sistemi üzrə tapşırıqların
icra səviyyəsi, nazirlik və tabeli qurumlara daxil olan vətəndaş
müraciətlərinin icra vəziyyəti nəzərdən keçirilib və növbəti
görüləcək işlər müzakirə edilib.

Sonda kollegiya sədri növbəti dövr ərzində nəzərdə tutulan
tədbirlər, qarşıda duran vəzifələr və onların operativ icrası ilə
bağlı müvafiq tapşırıqlar verib.