Advertisement

MİQ-in test imtahanları üzrə mərhələsi yekunlaşıb

2-10 iyul tarixlərində ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzini əhatə edən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları yekunlaşıb.

Bu barədə APA-ya Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, test imtahanlarına 61 000-ə yaxın namizəd dəvət olunub, onlardan 50 264 namizəd iştirak edib.

“Müsabiqənin vakansiya seçimi mərhələsi barədə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq”, – deyə məlumatda qeyd edilib.