Advertisement

Azərbaycanda rəqabət sahəsində Milli Fəaliyyət Planı hazırlanıb

Azərbaycanda Rəqabət Məcəlləsi ilə yanaşı rəqabətin inkişafı və inhisarçı fəaliyyətin qarşısının alınması üçün 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planı hazırlanıb.

APA-Economics” xəbər verir ki, bunu I Milli Rəqabət Forumunda çıxışı zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O, bildirib ki, sənəd hökumətdə razılaşdırma prosesindədir:

“Ümid edirik ki, qısa müddətdə bu yeni fəaliyyət planı təsdiqləndikdən sonra rəqabət qanunvericiliyinin ölkədə mənimsədilməsi və mədəniyyət formasına keçilməsində vacib alətə çevriləcək. Milli Fəaliyyət Planının tətbiq edəcəyi mexanizmlər çoxdur. Bu planda nəinki rəqabət orqanının, bütün dövlət qurumlarının, tənzimləyici nəzarət orqanlarının üzərinə rəqabətin təşviqi və inhisarçılığın qarşısının alınması üzrə konkret vaxtlar üzərindən öhdəliklər qoyulacaq”.