Nepalda torpaq sürüşməsi səbəbilə iki sərnişin avtobusu çaya düşüb.
APA “Kathmandu Post” qəzetinə istinadən xəbər verir ki, nəticədə azı 65 nəfər itkin düşüb.
Bu barədə polisə istinadən məlumat yayıb.
Qəza zamanı 3 sərnişin avtomobildən çıxa bilib.
Hadisə yerində xilasedicilər işləyir, lakin güclü yağış onların işinə mane olur.
Bundan başqa, hadisə yerinə gedən yolun bir hissəsi sürüşmə səbəbindən bağlanıb.























