
Bakı. Trend:
2024-cü il üzrə inflyasiya proqnozu dəyişilməz qalıb (bu ilin
yanvar ayına proqnoz 5,3 faizdir).
Trend Mərkəzi
Banka istinadən xəbər verir ki, ümumilikdə, inflyasiyanın artırıcı
və azaldıcı riskləri bir-birini tarazlaşdırır.
“2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%)
dəyişməz saxlanılmışdır. Mövcud şərtlərin dəyişməz qalacağı
təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%)
qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə
illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi
ehtimalı vardır”, – Mərkəzi Bankın məlumatında deyilir.
Bankdan bildiriblər ki, ötən iclasdan bəri illik inflyasiya
tempi azalmaqda davam edib.
“2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8%, 12 aylıq baza
inflyasiya isə 1.4% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 0.3%,
qeyri-ərzaq inflyasiyası 1.4%, xidmətlər inflyasiyası isə 2.3%
olmuşdur. İllik inflyasiyada azalma xarici və daxili amillərin
təsirləri ilə baş verir”, – qurumdan vurğulanıb.



























