
Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar olaraq 20 – 26 mart tarixlərində
növbəli iş qrafiki əsasında işləyən “Azərpoçt” 400 mindən çox
vətəndaşa xidmət göstərib.
“Azərpoçt”dan Trend-ə bildirilib ki, Bakı şəhəri üzrə poçt,
maliyyə və digər xidmətlərdən faydalanan vətəndaşların sayı 28,714,
regionlarda isə 369,730 nəfər təşkil edib.
“Bundan əlavə, ölkədəki bir sıra karqo şirkətlərinə daşıma
xidməti göstərən “Azərpoçt” bu sahədə də aktiv şəkildə fəaliyyət
göstərib. Belə ki, elektron kommersiya üzrə 20 minə yaxın əməliyyat
icra olunub. Onu da qeyd etməliyik ki, ölkə üzrə çatdırılan onlayn
sifarişlərin 70 faizdən çoxu regionların payına düşür. Bu da
“Azərpoçt”un regionlardakı xidmətin keyfiyyətini qaldırması ilə
birbaşa düz mütənasibdir.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti geniş poçt şəbəkəsi ilə
əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, bank hesabı üzrə
xidmətlər, elektron ödənişlər, sığorta və digər bu kimi
qeyri-ənənəvi maliyyə xidmətləri, eləcə də elektron hökumət və
pərakəndə biznes xidmətlərini təqdim edir”, – qurumdan qeyd
olunub.





























