Advertisement

Təminatsız əməliyyatlar üzrə orta faiz açıqlandı

Bakı. Trend:

Mart ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə
orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%) olmaqla faiz dəhlizinin
daxilində formalaşıb.

Trend Mərkəzi
Banka istinadən xəbər verir ki, pul siyasəti alətləri avtonom
amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına xidmət
edir.

“Açıq bazar əməliyyatları və daimi imkan alətlərindən aktiv
istifadə pul bazarında milli valyutada banklar arasında həm
təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz
dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkətini
təmin edib. Mart ayının ötən dövründə 1 günlük təminatsız
əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.52% (fevralda 6.29%)
olmaqla faiz dəhlizinin daxilində formalaşıb. Pul bazarındakı
faizlərin digər faizlərə, o cümlədən depozit və kredit faizlərinə
təsirinin gücləndirilməsi istiqamətində islahatlar davam
etdirilir”, – Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd edək ki, martın 28-də Azərbaycan Mərkəzi Bankı uçot
dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin
8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə
6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul
edib.

Xatırladaq ki, Mərkəzi bankın faiz dəhlizinin parametrləi üzrə
növbəti qərarı mayın 1-də açıqlanacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun